Rusiyalı biznesmen Roman Abramoviç həyat yoldaşından ayrılıb.
Abzas.net xəbər verir ki, "Chelsea" klubunun sahibi, rusiyalı milyarder Roman Abramoviç və həyat yoldaşı, "Гараж" müasir incəsənət muzeyinin təsisçisi Darya Jukova ayrılmağa qərar veriblər.
Bu barədə cütlüyün "RBK"-nın redaksiyasına daxil olan bayanatında məlumat verilib.
"10 illik birgə həyatdan sonra biz çətin də olsa, ayrılmaq qərarı verdik", - Abramoviç və Jukova bildiriblər.
Cütlük qeyd edib ki, "yaxın dost, igi gözəl övladın valideynləri və birlikdə başlatdıqları layihələrdə ortaq olaraq" qalacaqlar.
Məlumata görə, Abramoviç və Jukova 2005-ci ildə tanış olublar. 2007-ci ildə Abramoviç 16 il evli olduğu öz ikinci həyat yoldaşı İrina Malandina-dan boşandı. Malandina boşanma zamanı 300 milyon dollar təzminat aldı. Abramoviç-lə Malandina-nın beş övladı var.
Abramoviç və Jukova-nın isə iki övladı var.