Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) ölkədə terror hücumları təşkil etmək üçün cəhdlərin artdığını bildirib və əhalini sayıq olmağa çağırıb.
"Report" "Sputnik-Qırğızıstan"a istinadən xəbər verir ki, DMTK təhlükənin beynəlxalq terror təşkilatlarından, o cümlədən Çinin Qırğızıstandakı səfirliyinə terror hücumundan sonra axtarışda olan Sirojiddin Muxtarovun rəhbərlik etdiyi "Camaat tauhidva Cihad" qruplaşmasından qaynaqlandığını bildirib.
DMTK bu terror təşkilatının əsas xarici koordinasiya mərkəzi olduğunu elan edib.