Qəzza sakinləri son 30 ildə ilk dəfə kinoteatrda filmə baxıblar

Qəzza sakinləri son 30 ildə ilk dəfə kinoteatrda filmə baxıblar
27 Avqust 2017
Mətni dəyiş

Qəzza şəhərinin yüzlərlə sakini ötən gün son 30 ildə ilk dəfə olaraq kinoteatrda filmə baxıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, Qəzzanın “Samer” kinoteatrı bir gecəlik qapılarını 300-dək kişi və qadın tamaşaçılarının üzünə açıb. Nümayiş etdirilmiş “On gün” tammetrajlı film İsrail həbsxanalarında cəza çəkən fələstinlilərə həsr olunub. Filmin çəkilişləri  tam olaraq Qəzzada həyata keçirilib.

“Samer” kinoteatrı 1944-cü ildə inşa edilib, 1960-cı ildə fəaliyyəti dayandırılıb. Qəzza zolağının digər kinoteatrları 1980-ci illərin sonlarında bağlanıb.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun