Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən sabiq dövlət və hökumət başçılarını qəbul edib. Abzas.net xəbər verir ki, məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliev və Petar Stoyanov, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçi, İsrail sabiq Prezidenti Dalia İtziki, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyan, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin iştirak edib. Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu təşkil edilib. Forumda bir çox sabiq dövlət və hökumət başçıları iştirak edir. Artıq bu gün forumun açılış sessiyası baş tutub.