Avqustun 23-də ABŞ-ın müdafiə naziri James Mattis Türkiyəyə rəsmi səfər edib.
Abzas.net xəbər verir ki, bu barədə "Habertürk" məlumat verib.
Səfər çərçivəsində J.Mattis Türkiyə prezidenti Recep Tayyip Erdoğan, müdafiə naziri Nurettin Canikli və xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşəcək.
Baş tutacaq görüşlərdə "PKK" terror qruplaşmasının Suriyadakı qolu olan "PYD"-nin fəaliyyəti, Şimali İraqda kürd muxtariyyətinin keçirmək istədiyi referendum, Türkiyənin Rusiyadan almaq niyyətində olduğu "S-400" hava hücumundan müdafiə sistemi, Suriyanın aqibəti və bir sıra digər məsələlərin müzakirə olunacağı nəzərdə tutulub.