Pentaqon rəhbəri: “Biz Krımın ilhaqını qəbul etmirik və heç vaxt qəbul etməyəcəyik“

Pentaqon rəhbəri: “Biz Krımın ilhaqını qəbul etmirik və heç vaxt qəbul etməyəcəyik“
24 Avqust 2017
Mətni dəyiş

“ABŞ Krımın Rusiya Federasiyası tərəfindən ilhaqını heç vaxt qəbul etməyəcək”.

APA-nın “RBK-Ukraina” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Ukraynanın Müstəqillik günü ilə əlaqədar bu ölkədə səfərdə olan ABŞ-ın müdafiə naziri Ceyms Mettis deyib. Prezident Pyotr Poroşenko ilə görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən amerikalı nazir ABŞ-ın Ukrayna ilə birlikdə olduğunu bildirib: “Amerika Birləşmiş Ştatları Ukraynanın yanında dayanır. Biz Krımın ilhaqını qəbul etmirik və heç vaxt qəbul etməyəcəyik”.

C. Mettis ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb: “ABŞ və onun müttəfiqləri Minsk razılaşmalarını yerinə yetirməsi üçün Rusiyaya təzyiq edəcəklər”.

P. Poroşenko isə görüşdə Rusiya təcavüzünə qarşı atılacaq addımları müzakirə etdiklərini söyləyib: “Bugünkü danışıqlarda biz sözsüz ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı atılacaq addımları nəzərdən keçirdik – bu, əsas məsələdir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun