Paş prokuror vətəndaşları qəbul edəcək

Paş prokuror vətəndaşları qəbul edəcək
21 Avqust 2017
Mətni dəyiş

Baş prokuror Zakir Qaralov Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ və Oğuz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.  Abzas.net xəbər verir ki, görüş Qax rayon prokurorluqunun inzibati binasında baş tutacaq. Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qax şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər. Görüş 25 avqust saat 10:00-da Qax rayon prokurorluqunun inzibati binasında baş tutacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun