Pakistanın Lahor şəhərində törədilən partlayış nəticəsində 34 nəfər yaralanıb.
Abzas.net xəbər verir ki, şəhərin qərb hissəsində yük maşını partladılıb.
Hadisə nəticəsində yaxınlıqda yerləşən bina və avtomobillər ziyan görüb.
Meyvə-tərəvəzlə dolu olan yük maşınının partladıldığı bildirilir..
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.