“Nikoil Bank” işə qəbul elan edib

“Nikoil Bank” işə qəbul elan edib
16 Avqust 2017
Mətni dəyiş

“Nikoil Bank” ASC Marketinq şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edib.

Bu barədə “Report”a Bankdan bildirilir.

Məlumata görə, işə qəbul olunacaq namizəd aşağıdakı vəzifələri icra etməlidir.

- Marketinq, reklam və stimullaşdırma tədbirlərinin idarə olunması və həyata keçirilməsi;

- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;

- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;

- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;

- Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət edilməsi;

- Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;

- Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;

- Bankın rəsmi saytının və sosial şəbəkələrdəki səhifələrinə məlumatların əlavə edilməsi və aktual vəziyyətdə saxlanılması;

- Filiallarda olan marketinq və satış bölmələrinin fəaliyyətini mərkəzi olaraq koordinasiya edilməsi, aylıq satış hesabatlarının hazırlanmas və təhlili;

- Bankın sosial məsuliyyətli layihələrinin kordinasiya olunması;

Namizədlərə qarşı aşağıdakı tələblər qoyulub:

- Ali təhsil;

- Marketinq sahəsində 2 ildən az olmayan təcrübə (bank sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);

- Analitik və kreativ düşünmə tərzi;

- Təqdim etmə bacarığı;

- Ünsiyyət qurmaq və danışıqlar aparmaq;

- Digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;

- SMM sahəsində geniş təcrübəyə malik olmaq;

- MS Office-də işləmək bacarığı;

- Azərbaycan və rus dilində sərbəst danışmaq bacarığı (ingilis dilini bilənlərə üstünlük veriləcək);

CV-lər avqustun 31-nə qədər [email protected] elektron poçt ünvanına göndərilməlidir. Məktubun mövzu hissəsinə “Marketinq şöbəsinin mütəxəssisi” sözləri yazılmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun