"İşsizlikdən sığorta üzrə ödənişlərin toplanmasını Dövlət Sosial Müdafiə Fondu həyata keçirəcək".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, həmin vəsaitlər hesabına aktiv məşğulluq tədbirləri həyata keçiriləcək: "Həmin vəsaitin müəyyən hissəsi öznəməşğulluq tədbirlərinə və digər passiv və aktiv məşğulluq tədbirlərinə xərclənəcək".
Nazir müavini qeyd edib ki, işləyən şəxslər də məşğulluq xidmətinə müraciət edə bilər: "Qeyd olunan şəxslərin ixtisasartırmadan və özünəməşğulluq tədbirlərindən istifadəsi mümkündür".