N.Nazarbayev: “Latın əlifabasına keçmək rus dilidən imtina demək deyil”

N.Nazarbayev: “Latın əlifabasına keçmək rus dilidən imtina demək deyil”
18 Avqust 2017
Mətni dəyiş

Bu sözləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Xabar” televiziyasına müsahibəsində bildirib.

Prezident deyib ki, latın əlifbası ilk növbədə qazax dilinə aiddir. Rus dilində çıxan bütün nəşrlər öz fəaliyyətini kirilcə davam etdirəcək.

"Bu öz-özlüyündə ciddi məsələdir. Əlifaba ilə bağlı böyük hazırlıq işləri görülür. Bir neçə variant var. Tezliklə onlara baxacağam. Tərcüməçilər və alimlərlə görüşəcəyəm. Biz müzakirə edib təqdim olunan variantlardan birinin seçəcəyik”.

Bu ilin aprelində Qazaxıstan lideri bildirib ki, 2018-ci ildən ölkə məktəblərində yeni əlifbanın tədrisi ilə bağlı mütəxəssislər hazırlamaq lazımdır və orta məktəblər üçün dərs kitabları çap olunmalıdır. Qazaxıstan latın əlifbasına keçid dövrünə hazırlığa başlayır.

Prezident 2017-ci ilin sonunadək latın qrafikalı yeni qazax dili əlifbasının vahid standartını hazırlamaqla bağlı əmr imzalayıb.

1929-1940-cı illərdə Qazaxıstanda istifadə edilmiş latın əlifbası “Yanalif” və ya “Yeni türk əlifbası” adlanırmış. Bu əlifba keçmiş SSRİ-də xüsusi komitə tərəfindən hazırlanmışdı.

Qazaxıstanın yenidən latın əlifbasına keçməsi məsələsi ölkə prezidentinin təşəbbüsü ilə 2007-ci ildən müzakirə edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun