Rusiya Federal Təhlükəsizlik Xidməti 1 sentyabr - Bilik günü Moskva şəhəri və Moskva vilayətində terror törətmək istəyən şəxsləri saxlayıb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə qurumun ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb. Bildirilir ki, həmin şəxslər Mərkəzi Asiya ölkələri vətəndaşlarıdır. Saxlanılan şəxslərdən biri sosial şəbəkədə İŞİD üzvlərinə müraciət videosu yerləşdirərək onlara sadiqliklərini bəyan edib. Onun telefonunda terrorçuları təlimatlandıran şəxslərdən birinin əlaqə vasitələri və terror aktının həyata keçirilməsi üzrə təlimat olub.
Terrorçuların biri özünü partlatmağı, digəri isə soyuq silahla insanları hücum etməyi planlaşdırıb. Axtarış zamanı şübhəli şəxslərdən əldədüzəltmə partlayıcı vasitə və onun hazırlanması üçün maddələr aşkarlanıb. Saxlanılan şəxslər terrorçu-kamikadze olmaq istədiklərini etiraf ediblər.