Məhkəmə Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovnikinə hökm oxuyub

Məhkəmə Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovnikinə hökm oxuyub
18 Avqust 2017
Mətni dəyiş

Rusiya Baş Kəşfiyyat İdarəsinin istefada olan polkovniki Vladimir Kvaçkov 1,6 il müddətinə azadlıqdan məhrum edilib.

Abzas.net xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

Volqaboyu hərbi məhkəməsi Kvaçkov-un 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxardıb. O, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.

Kvaçkov CM-nin "nifrət və ya düşmənçilik yaratmaq" maddəsi ilə ittiham olunub.

Cinayət işinin materiallarına əsasən, eks-polkovnik, Mordoviya koloniyasında olarkən, rəhbərliyə qarşı zorakılığa çağıran videorolik hazırlayıb.

   

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun