Türkiyə siyasətinin tanınmış simalarından olan Koray Aydın Milliyyətçi Hərəkat Partiyasından (MHP) istefa verib.
"Hurriyet"-in məlumatına görə, o, bunu avqustun 22-də rəsmən açıqlayıb.
K.Aydın bildirib ki, MHP-dən bir müddət əvvəl istefa vermiş Meral Akşenerin quracağı partiyada təmsil olunacaq.
Koray Aydın Türkiyə Böyük Millət Məclisinə 19, 21, 24 və 25-ci çağırışlarda millət vəkili seçilib. 2015-ci il iyunun 9-dan 2015-ci il noyabrın 1-dək Türkiyə Böyük Millət Məclisi sədrinin müavini olub.