Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyanın tərkibindəki krallığa aid qırıcıların Yəmənin paytaxtı Sananı bombalamsı nəticəsində 6-sı uşaq olmaqla 14 dinc sakin həlak olub.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, təyyarələr Sananın Fec Atan bölgəsində 4 ərazini bombalayıblar.
“France Press”in yaydığı məlumata görə, ötən bir həftə ərzində koalisiya qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində Yəməndə 42 dinc sakin öldürülüb.