İranın ali dini lideri Sayyid Ali Khamenei keçmiş müdafiə nazirini özünə müşavir təyin edib. Bu barədə Mehr agentliyi məlumat yayıb.
Abzas.net xəbər verir ki, ali dini lider Khamanei general-mayor Hossein Dehghan-ı hərbi sənaye məsələləri üzrə müşavir təyin edib.
"Müdafiə sənayesi sahəsindəki dəyərli təcrübənizi nəzərə alaraq sizi müdafiə səhayesi və hərbi qüvvələrə dəstək məsələləri üzrə müşavir təyin edirəm", - deyə ali dini lider açıqlamasında bildirib.
Khamanei əlavə edib ki, ondan müdafiə sənayesindəki inkişafı davam etdirmək və yeni elmi araşdırmaları təqdim etmək gözlənilir.
General mayon Hossein Dehghan prezident Rouhani-nin birinci hakimiyyəti dövründə müdafiə naziri olub. Hassan Rouhani-nin ikinci dövründə general-mayor Amir Hatami müdafiə naziri təyin olundu və Dehgan kabinetdən kənarda qaldı.
Amir Hatami bundan əvvəl müdafiə nazirinin beynəlxalq əlaqələr üzrə nazir müavini olub.