İzmirin Buca rayonunda həbsxanaya gedən avtobus yolun kənarındakı zibil qutusunun yanından keçərkən partlayış baş verib.
Abzas.net xəbər verir ki, bu barədə "Hurriyet" məlumat verib.
Məlumata görə, zibil qutusuna yerləşdirilən partlayıcı, Kırıklar həbsxanasının məmur və işçilərini daşıyan avtobusun qutunun yanından keçdiyi zaman işə salınıb.
Hadisə nəticəsində 8 nəfər yaralanıb.
Partlayış 08:01-də baş verib. Bombanın uzaqdan idarə edildiyi ehtimal olunur.