İsrailin baş naziri Rusiyaya səfər edəcək

İsrailin baş naziri Rusiyaya səfər edəcək
22 Avqust 2017
Mətni dəyiş

Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Binyamin Netanyahu arasında avqustun 23-də Soçidə görüş keçiriləcək.

“Report” Kremlin saytına istinadən xəbər verir ki, Netanyahu Rusiyaya qısamüddətli işgüzar səfər edəcək.

Görüşdə terrora qarşı mübarizə, Suriya problemi və Fələstin-İsrail məsələsinin tənzimlənməsi müzakirə olunacaq.

Putinlə Netanyahunun regional və qlobal məsələlərə dair başqa mövzuları da müzakirə edəcəkləri gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun