İspaniya polisi Barselonada törədilmiş terror hücumu ilə əlaqədar daha bir şübhəli şəxsi Ripol şəhərində saxlayıb.
Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.
Xatırladaq ki, avqustun 17-də axşam saatlarında Barselonanın mərkəzindəki Rambla küçəsində naməlum sürücü idarə etdiyi avtomobili piyadaların üzərinə sürüb. Nəticədə, son məlumatlara görə, 13 nəfər həlak olub, 100-dən çox yaralı var.
İspaniyanın hüquq-mühafizə orqanları xüsusi əməliyyat zamanı iki şübhəlini saxlayıb, amma onlardan heç biri mikroavtobusun sürücüsü olmayıb, onun axtarışı davam edir.
Bununla yanaşı, istintaq çərçivəsində Kataloniyanın Kambrils şəhərində reydlər keçirilib. Yeni terror hücumunun hazırlanmasında şübhəli bilinən 4 nəfər məhv edilib, digər şübhəli aldığı güllə yaralarından ölüb.