İranda sel və daşqınlar nəticəsində 11 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Məlumata görə, Gülüstan, İlam, Rəzəvi Xorasan, Şimali Xorasan və Simnan əyalətlərində baş vermiş sel və daşqınlar nəticəsində evlərə, infrastruktura ziyan dəyib.
İran Qırmızı Aypara Cəmiyyətindən bildiriblər ki, 21 şəhər və kənddə xilasetmə əməliyyatı davam edir. Səkkiz nəfər Rəzəvi Xorasanda, 2 nəfər Gülüstan, bir nəfər isə Şimali Xorasan əyalətində ölüb. Əliabad şəhərinin Şirinabad kəndində isə iki nəfər itkin düşüb.
Sel və daşqınlar daha çox Rəzəvi Xorasan əyalətinə ziyan vurub. Bu əyalətin müxtəlif bölgələrinə 190 xilasedici göndərilib. 450 nəfər sığınacaqlara yerləşdirilib.