İlham Əliyev "İspaniyadakı terror xəbəri bizi sarsıtdı"

İlham Əliyev "İspaniyadakı terror xəbəri bizi sarsıtdı"
18 Avqust 2017
Mətni dəyiş

Azərbaycan prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib.

Abzas.net xəbər verir ki, Azərbaycan prezidenti həlak olanların ailələrinə və yaxınlarına səbr diləyib. Başsağlığında bildirilir: "Əlahəzrət! Ölkənizdə törədilmiş dəhşətli terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi sarsıtdı.

Dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram". Avqustun 17-si Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun