Hindistan benzindən imtina edir: 2030-cu ildə ölkədə yalnız elektromobil satılacaq

Hindistan benzindən imtina edir: 2030-cu ildə ölkədə yalnız elektromobil satılacaq
10 Avqust 2017
Mətni dəyiş

Bir sıra Avropa ölkələrinin ardınca dünyanın ən böyük üçüncü neft idxalçısı Hindistan da benzindən imtina edir.

Hindistan hökumətinin yeni planları çərçivəsində, 2030-ci ildən etibarən Hindistanda satılan hər bir avtomobil elektromobil olacaq. Hindistan hökumətinin bu qərarı ekoloqları sevindirib, neft şirkətlərini isə məyus edib.

2030-cu ilə qədər Hindistan elektromobil istehsalını və alışını təşviq edəcək.

Hava çirklənməsi ölkənin ən böyük problemlərindən biridir. Ölkədə hər il bu səbəbdən 1.2 milyon insan həyatını itirir.

Sürətli böyüyən Hindistan iqtisadiyyatı dünyanın ən böyük üçüncü neft idxalçısı mövqeyindədir. Ölkə hər il neftə 150 milyard dollar pul tökür. Buna görə də, elektrikli avtomobillərə keçid, neft tələbini də əhəmiyyətli dərəcədə aşağı salmış olacaq. İnqilab xarakterli bu qərarın Hind iqtisadiyyatına 2030 ildə qədər 60 milyard dollar qənaət təmin etməsi gözlənilir.

Dünyanın ən çirkli havasına sahib 20 şəhər arasında Hindistandan 13 şəhər yer alıb.

Verilən proqnozlara görə, elektrikli avtomobillərdən istifadə Hindistandakı karbon emissiyalarının 2030-ci ilə qədər 37 faiz azalmasına səbəb olacaq

NEFT ŞİRKƏTLƏRİNİN GƏLƏCƏYİ QEYRİ-MÜƏYYƏNDİR

Hindistanın elektrikli avtomobil planları formalaşdıqca, neft ixracatçıları bölgədəki neft tələbinə dair yeni hesablamalar aparmalı olacaqlar. BP bundan bir müddət əvvəl yaydığı hesabatda, 2015-ci ildə 900 milyon ədədə çatan benzin mühərrikli avtomobil donanmasının, 2035-ci ildə 1.7 milyona çatacağını proqnoz etmişdi. Bu artımın  90%-nin OECD üzvü olmayan Hindistan və Çin kimi ölkələrdə baş verəcəyini qeyd edilmişdi. Hindistanın elektrikli avtomobil planları ilə yanaşı, alternativ yanacaqlar ilə işləyən avtomobillər Çinin də gündəmindədir. Bu gün Çində illik avtomobil satışı 35 milyon ədədə çatır. Ölkə, 2025-ci ilə qədər bu satışların ən azı beşdə birinin alternativ yanacaqla işləyən avtomobillərin yaratmasını hədəfləyir

Neft şirkətləri, elektrikli avtomobillərin sektora edəcəyi təsirə dair hələ dəqiq bir açıqlama verməməyi üstün tuturlar. Onsuz da özləri də dəqiq bir fikrə sahib deyillər. Amma qəti olan budur ki, ən böyük neft istehlakçıları olan Hindistan və Çindəki hadisələr, sektorun gələcəyini müəyyənləşdirmək baxımından çox təsirli olacaqdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun