“Harvi” qasırğası ABŞ-a 160 milyard dollar ziyan vura bilər

“Harvi” qasırğası ABŞ-a 160 milyard dollar ziyan vura bilər
31 Avqust 2017
Mətni dəyiş

ABŞ-ın Texas ştatında “Harvi” qasırğasının vurduğu ziyan  160 milyard dollara çata bilər. Bu isə ölkənin UDM-nun təxminən 1%-ə bərabərdir.

APA-nın xəbərinə görə, bu barədə “USA Today” qəzeti yazıb.

Məlumata əsasən, qasırğanın fəsadları Texas ştatının iqtisadiyyatına, o cümlədən biznes, əmək bazarı və şirkətlərin gəlirlərinə ciddi təsir göstərəcək. Dəyən zərərin miqdarı 2005-ci ildə “Katrina” və 2007-ci ildə “Sendi” qasırğalarının vurduğu birgə ziyanı üstələyə bilər.

ABŞ-ın Texas ştatında "Harvi" qasırğası nəticəsində baş verən daşqınlar nəticəsində azı 30 nəfər ölüb, 30 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun