Gənclər üçün dünyanın ən təhlükəli ölkəsinin adı açıqlanıb

Gənclər üçün dünyanın ən təhlükəli ölkəsinin adı açıqlanıb
22 Avqust 2017
Mətni dəyiş

The Guardian qəzeti yazır ki, Ümumdünya Səhiyyə Təşkilatının ən son məlumatına görə, şiddət, ölümcül xəstəliklər, yol-nəqliyyat qəzaları inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə gənclərin ölümünün əsas səbəbləridir.

Gənclər üçün dünyanın ən təhlükəli ölkəsi (15-29 yaş arası) Qərbi Afrikanın Sierra Leone şəhəridir. Bu ölkədə 2015-ci ildə hər 150 gəncdən birinin öldüyü ethimal edilir. Sierra Leone hər 100 min nəfərə 671 ölü nisbəti ilə ilk siyahıda gəlir, ikinci yerdə isə 579 nəfərlə müharibə zonası Suriya gəlir.

Siyahıda Azərbaycanın da adı var

Ümumilikdə götürdükdə isə 2000 və 2015-ci illərdə gənclərin ölüm nisbəti 21 faiz azalıb. Özəlliklə, HİV-dən ölüm halları əhəmiyyətli dərəcədə azalıb.

ÜST hər 100 min gəncə düşən ölüm sayını hesablayıb. Məlumata görə, hər 100 min nəfərə Əfqanıstanda - 319, Rusiyada - 178, Qazaxstanda - 129, Belarusda - 104, İranda - 79, Gürcüstanda - 61, Azərbaycanda - 60, Ermənistanda - 58 nəfər düşür. Siyahıda sonunca yerdə 21 nəfərlə Kipr gəlir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun