Fransanın "Total" şirkəti Danimarkanın neft-qaz şirkətini 7.45 mlrd. dollara alıb

Fransanın "Total" şirkəti Danimarkanın neft-qaz şirkətini 7.45 mlrd. dollara alıb
21 Avqust 2017
Mətni dəyiş

Danimarkanın “Moeller-Maersk” şirkəti neft-qaz biznesi - “Maersk Oil”un Fransanın “Total” şirkətinə 7,45 mlrd. ABŞ dollarına satılması ilə bağlı müqavilə imzalayıb.

Bu barədə Danimarka şirkəti məlumat yayıb.

“Moeller-Maersk” 4,95 mlrd. dollar dəyərində 97,5 mln. səhm (3,76%) alacaq.

Bundan əlavə, “Total” 2,5 mlrd. dollar məbləğində borc öhdəliyi götürür. Bu, əməliyyatlar zamanı və yaxud əməliyyat başa çatdıqdan sonra ödəniləcək.

Ehtimal olunur ki, alqı-satqı 2018-ci ilin I rübündə Danimarka dövlət orqanlarının müvafiq razılıqları alındıqdan sonra tamamlanacaq.

2016-cı ildə “Maersk Oil”un gündəlik hasilatı 313 min barel neft ekvivalenti həcmində olub.

Şirkətin hasilatla bağlı aktivləri Danimarka, Böyük Britaniya, Norveç, Qazaxıstan, Meksika körfəzi və Əlcəzairdə yerləşir, eyni zamanda Afrika, Cənubi Amerika və Yaxın Şərq ölkələrində geoloji kəşfiyyat işləri aparır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun