Fransanın paytaxtı Parijdə, naməlum şəxs avtomobili bir qrup hərbçinin üstünə sürüb.
Abzas.net xəbər verir ki, bu barədə "France info" məlumat verib.
Avtomobil hadisə yerindən uzaqlaşıb.
Hücum nəticəsində 6 fransız hərbçisi yaralanıb. Onlardan ikisinin vəziyyəti ağır olsa da, həyatlarına təhlükə yoxdur. Hərbçilər Levallua-Perre ərazisində patrul xidmətini yerinə yetirirdilər.
Polis hələ ki nə günahkarı nə də avtomobili tapa bilməyib.
Hadisə saat 08:15-də, əsgərlər kazarmadan çıxarkən baş verib.
Əyalətin merinin fikrincə hücum oncədən planlaşdırılmış olub.
"Mənzərəyə baxdıqda, hücumun düşünülmüş addım olduğunu deyə bilərik. Hadisəni törədən sürücü kənarda hərbçilərin kazarmadan çıxmasını gözləyib", - deyə mer bildirib.
Onun sözlərinə görə, hadisə "BMW" markalı avtomobillə törədilib.