"Fitch" ABŞ-ın suveren reytinqini azalda bilər

"Fitch" ABŞ-ın suveren reytinqini azalda bilər
24 Avqust 2017
Mətni dəyiş

"Fitch" beynəlxalq reytinq agentliyi ABŞ-ın suveren reytinqini azalda biləcəyini açıqlayıb. 

"Report"un "Fitch"ə istinadən verdiyi xəbərə görə, buna səbəb kimi Agentlik ABŞ hökumətinin ölkənin xarici borc limitinin üst həddinin zamanında artırıla bilməməsi ehtimalını göstərib. Agentlik qeyd edir ki, belə olduğu halda, ABŞ hazırda sahib olduğu ən yüksək reytinq hesab edilən AAA-nı itirə bilər.

ABŞ Konqresi 5 sentyabrda başlayacaq sessiyasında ölkənin xarici borcun üst limiti və dövlət orqanlarının maliyyələşdirilməsinə ayrılan vəsaitin həcmini müzakirə edəcək. Son tarix hesab edilən 28 sentyabra qədər Konqresdən bir nəticə çıxmasa, hökumət oktyabrda fəaliyyətini dayandıra bilər. Bu da maliyyə bazarlarında ABŞ hökumətinə onsuz da zəif olan etimadın tamamilə itirilməsinə və qısamüddətli böhrana səbəb ola bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun