Filippində 6.2 bal gücündə zəlzələ baş verib

Filippində 6.2 bal gücündə zəlzələ baş verib
11 Avqust 2017
Mətni dəyiş

Filippində 6.2 bal gücündə zəlzələ baş verib.

Abzas.net xəbər veri ki, bu barədə ABŞ Geoloji xidməti məlumat verib.

Hadisə Luson adasının yaxınlığında baş verib.

Zəlzələ saat 05:28-də qeydə alınıb. Yeraltı təkanların episentri Balayan yaşayış məntəqəsindən 8.1 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 168.2 km dərinlikdə yerləşib.

"Reuters" agentliyi seysmoloqlara istinad edərək zəlzələnin 6,6 bal gücündə olduğunu bildirib. Agentliyin məlumatına görə, yeraltı təkanlar paytaxt Manilada hiss edilib, şəhərdə binalar silkələnib, yerli hakimiyyət ofislərdə və məktəblərdə evakuasiya işləri aparıb.

Mümkün qurbanlar və dağıntılar haqda məlumat verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun