Sosial media nəhəngi "Facebook" hər istifadəçiyə həsr olunmuş videoya doğru addım atıb.
Bu, onun "Youtube" və televiziya şəbəkələrinə meydan oxuması hesab olunur.
İstifadəçilər tezliklə yeni "Watch" (İzlə) adlı platformada sosial şəbəkə tərəfindən maliyyələşdirilən şoulara baxa biləcək.
İstifadəçilərin şoulara baxış seçimi onların dostlarının nələri izlədiyinə də bağlı olacaq.
Tamaşaçılar şoulara şərh yaza biləcək və şou üçün nəzərdə tutulmuş qruplarda dostları ilə fikirlərini bölüşə biləcək.
"Şouya baxış passiv olmalıdır," şirkətin təsisçisi Mark Zuckerberg "Facebook" statusunda yazıb.
"Bu təcrübə ilə bölüşmək və təxminən eyni şeyləri baxan insanları birləşdirmək şansı ola bilər."
Video bir müddətdir ki, "Facebook"-da mövcuddür, amma indiyədək əsasən xəbər qurumlarının qısa klipləri və həvəskar videolar nümayiş etdirilirdi.
İndiki halda isə istifadəçiləri videodan əvvəl, eləcə də baxış zamanı hədəflənmiş reklam gözləyəcək.
"Watch" yeniliyini irəli sürməklə "Facebook" qarışıq və mürəkkəb bir bazara girir.
Burada onu ənənəvi televiziyalar, eləcə də "YouTube" və "Netflix" kimi video şəbəkələri ilə yarış gözləyir.
"Watch" bütün dünyada təqdim edilməmişdən öncə ABŞ istifadəçiləri üçün mövcud olacaq.