Honda, Ford, Toyota, Volkswagen, Mercedes, BMW, Audi, Mazda, Mitsubishi, Mazda, Chrysler kimi bir çox avtomobil şirkəti üçün təhlükəsizlik yastığı istehsal və tədarük edən Yaponiyanın Takata şirkətinin iflas müraciəti etdiyi bildirilir.
Yastığın açılma mexanizminə aid nasosda ammonium nitrat kimyəvi maddəsinə görə baş verən partlayışlar nəticəsində dünya üzrə 16, o cümlədən ABŞ-da 11 nəfər həyatını itirmiş və 180-dan çox adam yaralanmışdır.
Xətalı təhlükəsizlik yastıqları sözügedən şirkətlərin 2013-ci ildən bu yana milyonlarla avtomobilləri geri çağırmalarına səbəb olmuşdur. Yalnız ABŞ daxilində 19 avtomobil istehsalçısına məxsus 42 milyon avtomobilin, bütün dünyada da 100 milyon avtomobilin geri çağırılması şirkətlərə böyük zərbələr vurmuşdur. Yapon nəhəngi Takata-da da rəsmi istintaq ilə bərabər, avtomobil şirkətlərnin məhkəmələrə müraciətləri ilə qarşı-qarşıya qalmışdır.
Fevral ayında 1 milyard dollar cəriməyə məhkum edilən Takata, qurbanlara da 125 milyon dollar ödəməyə mahkum edilib. Lazım gələrsə əmlakını satmağı qəbul edən Takata-nın iqtisadi öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdiyi üçün rəsmən iflas müraciəti etdiyi bildirilir. Dünən Tokio Birjasında Takata şirkətinin səhmləri 16.5 faiz ucuzlaşaraq 404 yenə (3.6 dollar) düşüb.