DSX-nın gənc əsgərləri and içiblər

DSX-nın gənc əsgərləri and içiblər
7 Avqust 2017
Mətni dəyiş

Avqustun 5-i Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. DSX-dan APA-ya verilən məlumata görə, dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nın rəisi, gеnеral - polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.

Tədbirdə DSX-nın şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda ordumuzla birgə hərəkət etməyə, Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası, Vətənimizin bütün sərhədlərinin mühafizə altına alınmasının təmin edilməsi uğrunda savaşa daim hazır olduğu xüsusi vurğulanıb.

Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun