DGK: "Sınıq Körpü" gömrük postunda sıxlıq aradan qaldırılıb

DGK: "Sınıq Körpü" gömrük postunda sıxlıq aradan qaldırılıb
12 Avqust 2017
Mətni dəyiş

 Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb. "Report" bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən məlumar verir.

Həftənin istirahət günləri ilə əlaqədar olaraq bu gün səhər Azərbaycan-Gürcüstan sərhədində sərnişinlər və nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub və səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb.

"DGK-nin aidiyyəti qurumları dərhal gücləndirilmiş iş rejiminə keçib və görülən müvafiq tədbirlər nəticəsində qısa zaman kəsiyində gömrük postunda sıxlıq tam aradan qaldırılıb. Hazırda Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir", - deyə Komitədən bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun