Cənubi Asiyada daşqınlar nəticəsində ölənlərin sayı 700 nəfəri keçib

Cənubi Asiyada daşqınlar nəticəsində ölənlərin sayı 700 nəfəri keçib
21 Avqust 2017
Mətni dəyiş

Cənubi Asiyada irimiqyaslı daşqınlar nəticəsində azı 700 nəfər ölüb, 1 milyondan çox insan evlərini tərk etməyə məcbur olub.

“Daily Mail” qəzetinin məlumatına görə, son sutka ərzində 100-dək ölüm faktı qeydə alınıb.

Bir həftədən çox davam edən təbii fəlakət əsasən Banqladeş, Nepal, Hindistanın Assam, Bixar və Qərbi Benqalıya ştatlarını əhatə edib. Hazırda 900 min Hindistan və 300 min Banqladeş sakini müvəqqəti sığınacaqlarda məskunlaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun