Cənubi Afrikada dörd kişiyə hanniballıq ittihamı irəli sürülüb

Cənubi Afrikada dörd kişiyə hanniballıq ittihamı irəli sürülüb
22 Avqust 2017
Mətni dəyiş

Cənubi Afrika məhkəməsində adam yeməkdə ittiham olunan dörd kişinin işinə baxılır.

Xəbərlərə görə, onlardan biri polis məntəqəsinə özü gələrək, adam əti yeməkdən "bezdiyini" bəyan edib.

Dindirilərkən, həmin kişi polisə insan ayağı və qol parçalarını təqdim edib.

Həmin adamın KwaZulu-Natal şəhərindəki evində polis tərəfindən axtarış aparılan zaman əlavə insan bədəni parçaları aşkar olunub.

Məhkəmə qarşısında duran dörd kişidən ikisinin türkəçarəçi olduğu deyilir.

Onlar qətl hazırlamaqda və qətl törətməkdə ittiham olunaraq həbs olunublar.

Məhkəmə Durban şəhərindən 175 km şimal-qərbdə yerləşən Estcourt şəhərində bazar ertəsi keçirilib.

Polis rəsmisinin BBC-ə dediyinə görə, hannibalizm hallarında ittiham olunan kişilərin yaşı 22-32 arasındadır.

Onların daha geniş dəstənin üzvləri olması güman edilir.

İstintaq hələ davam edir.

Polis, Estcourt ətrafında yaxınları yoxa çıxan insanları rəsmilərə məlumat verməyə çağırıb.

İnsan bədəni parçalarının bir və ya bir neçə şəxsə məxsus olduğunu aydınlaşdırmaq məqsədilə məhkəmə ekspertləri tərəfindən tədqiqat aparılır.

Bir ay əvvəl, bölgənin ən iri şəhəri olan Durbanda, bel çantasında adam başı aşkar edilmiş bir kişi həbs olunmuşdu.

Güman edildiyinə görə, həmin kişi adam başını yerli türkəçarəçiyə satmaq niyyətində olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun