Bu gün ali məktəblərə və magistraturaya qəbul olanlar üçün son qeydiyyat günüdür

Bu gün ali məktəblərə və magistraturaya qəbul olanlar üçün son qeydiyyat günüdür
28 Avqust 2017
Mətni dəyiş

Bu gün ali məktəblərə və magistraturaya qəbul olanlar üçün son qeydiyyat günüdür.

Abzas.net xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib.

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və bakalavrlar 28 avqust saat 17:00‑dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qəbul olanlar tələb olunan sənədlərin siyahısını ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun