Braziliyada iki sərnişin gəmisinin batması nəticəsində azı 41 nəfər ölüb. APA-nın “Globo”ya istinadən verdiyi xəbərə görə, birinci qəza Para ştatında Şinqu çayında baş verib. Göyərtəsində 70-dək şəxsin olduğu “Kapitan Ribeyru” sərnişin bərəsi güclü qasırğa nəticəsində batıb. Qəza nəticəsində 19 nəfər ölüb. Bərənin qanunsuz sərnişindaşıma ilə məşğul olduğu məlum olub.
Baiya ştatında isə göyərtəsində 129 nəfərin olduğu sərnişin bərəsinin batması nəticəsində 22 nəfər ölüb, 21 nəfər xilas edilib. Qalanların axtarışı davam etdirilir. Qəza Todus-us-Santos körfəzində baş verib. Xilasetmə əməliyyatı davam etdirilir.