Başqırdıstanda yanğın zamanı 9 nəfərin ölümü ilə bağlı matəm elan olunub.
Abzas.net xəbər verir ki, Başqırdıstan rəhbərliyi Birsk rayonunda baş vermiş yanğında, 9 nəfərin ölməsi ilə əlaqədar olaraq ölkədə matəm elan edib.
Bu barədə bölgə rəhbərliyinin mətbuat katibi Pavel Samiylin məlumat verib:
"Uquzevo kəndində həlak olanarla əlaqədar olar olaraq 7 avqust matəm elan olunub".
Başqırdıstanın Birsk rayonunun Uquzevo kəndində, yaşayış evində baş vermiş yanğında 5-i uşaq olmaqla, 9 nəfər ölüb.