Barselonada terror törədərək insanları vuran maşının sürücüsü öldürülüb

Barselonada terror törədərək insanları vuran maşının sürücüsü öldürülüb
22 Avqust 2017
Mətni dəyiş

İspaniyanın Barselona şəhərində terror aktı törədilməsində şübhəli bilinən Younes Abu Yaqub güllələnərək öldürülüb.

Abzas.net xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat verib.

Terror aktını törətməkdə əsas şübhəli sayılan Younes Abu Yaqub-un öldürüldüyü bildirilir. Barselonada avqustun 21-də belində partladıcı kəmər olan şəxsin güllələndiyi bildirilmişdi.

Həmin adamın, Kataloniyada insanları yük maşını ilə vuran Younes olduğu bildirilir.

17 avqustda turistlərin çoxluq təşkil etdiyi Kataloniyanın paytaxtında yerləşən Rambla küçəsində yük daşıyan maşınan sürücüsü məqsədyönlü şəkildə maşını insanların üstünə sürüb. Bu hücuma görə İŞİD məsuliiyəti öz üzərinə götürüb.

Daha sonra Kataloniya polisi 5 terroristi zərərsizləşdirməyə müvəffəq olub.

Ümumilikdə Kataloniyada baş verən terror aktları nəticəsində 15 nəfər ölüb, 130 xəsarət alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun