Azərbaycan əhalisinin sayı açıqlanıb.
Abzas.net xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Azərbaycan əhalisinin sayı 2017-ci ilin əvvəlindən 40096 nəfər və ya 0,4 faiz artaraq iyulun 1-dək 9850077 nəfərə çatıb.
Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfərdir.
Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.