“Azərsu” açıq tender elan edib

“Azərsu” açıq tender elan edib
12 Avqust 2017
Mətni dəyiş

“Azərsu” ASC özünün daxili vəsaiti hesabına polad və polietilen borular üçün xamıtların alınması məqsədilə açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, tender bir lot üzrə keçirilir və iştirak haqqı 300 manat təşkil edir.

İddiaçılar tender iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 sentyabr saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə 27 sentyabr saat 18:00-a qədər Bakı şəhəri, Moskva prospekti,67, "Azərsu" ASC-nin Satınalmaların təşkili və idarə olunması Departamentinə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 28 sentyabr saat 16:00-da göstərilən ünvanda açılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun