Azərbaycan pavilyonu "EXPO-2017"-də TOP-5-ə daxil olub

Azərbaycan pavilyonu "EXPO-2017"-də TOP-5-ə daxil olub
21 Avqust 2017
Mətni dəyiş

Qazaxıstanın paytaxtı Astanada keçirilən "EXPO-2017" beynəlxalq sərgisində Azərbaycanın milli pavilyonu ən çox ziyarət edilən beynəlxalq pavilyonların ilk beşliyinə daxil olub.

İştirakçı ölkələrin beynəlxalq pavilyonlarına ümumilikdə 19 438 248 ziyarət olub.

Avqusutun 20-nə olan məlumata görə, ən çox ziyarət edilən pavilyonların siyahısı tərtib edilib. Belə ki, TOP-10-da Afrika, Misir, Türkiyə, Tayland, Azərbaycan, Hindistan, Rusiya, Özbəkistan, Yaponiya, Səudiyyə Ərəbistanı yer alıb.

Avqustun 14-dən 20-dək "EXPO-2017" beynəlxalq ixtisaslaşmış sərgisini 345 445 nəfər ziyarət edib. Hər gün isə sərgiyə 49 349 nəfər baş çəkir. Ötən həftə ilə müqayisədə ziyarətçilərin sayı 14 min nəfər artıb.

"İyunun 10-dan avqustun 20-dək sərgi ziyarətçilərinin ümumi sayı 2 779 820 nəfər təşkil edib. EXPO-nun bütün obyektlərinə olan ümumi ziyarətlərin sayı sərgi işə başlayandan 22 113 663, o cümlədən beynəlxalq pavilyonların 19 438 248, sərgi obyektlərinin isə 2 675 415 təşkil edir", - deyə sərgi təşkilatçılarının məlumatlarında qeyd edilib.

Ən çox ziyarət edilən obyektlər sırasında "Nur-Aləm" kürəsi, kommersiya pavilyonları, "Shell"in uşaq laboratoriyası, tematik pavilyonlar, uşaq parkı, amfiteatr, Günəş sirki (Sirk dyu Soley), art-mərkəz və yaradıcı enerji zonası yer alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun