Azərbaycan neftinin qiyməti 55 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 55 dollara yaxınlaşır
4 Avqust 2017
Mətni dəyiş

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,68 dollar və yaxud 1,26% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 54,47 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun