Azərbaycan Kosta-Rikada səfirlik açmağı planlaşdırır

Azərbaycan Kosta-Rikada səfirlik açmağı planlaşdırır
16 Avqust 2017
Mətni dəyiş

"Azərbaycan bu ilin sonuna qədər Kosta-Rikada səfirlik açmağı planlaşdırır".

Bunu "Report"a müsahibəsində Kosta-Rikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xayro Fransisko Lopes Bolanyos deyib.

Onun sözlərinə görə, xarici işlər naziri Elmar Məmmədyarovun bu ilin iyun ayında Kosta-Rikaya səfəri zamanı bu məsələ onun kosta-rikalı həmkarı Manuel Qonsalea Sans ilə müzakirə olunub.

"Biz ilk addımı atdıq və Bakıda səfirlik açdıq. İlin sonuna qədər San Xosedə Azərbaycan səfirliyinin açılacağına ümid edirik. Bu məsələ üzərində işləyirik", - diplomat bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun