Azərbaycan Belarusdan çörək almağa başlayıb

Azərbaycan Belarusdan çörək almağa başlayıb
22 Avqust 2017
Mətni dəyiş

Belarusun çörək və un məmulatları istehsalçısı olan "Qrodnoxlebprom" ASC nümunə olaraq Azərbaycana 15 adda çörək-bulka məmulatı göndərib. "Report"un məlumatına görə, bu barədə Belarus mətbuatı yazıb.

Müəssisə hər ay Rusiyaya təxminən 3 ton çörək tədarük edir. Tələbat olduğundan yaxın vaxtlarda ixracın həcminin artırılması planlaşdırılır.

"Qrodnoxlebprom"un çörək-bulka məmulatları Nyu-York, Los-Anjeles də daxil olmaqla, dünyanın başqa bazarlarına da ixrac edilir. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun