ABŞ-ın elektronika nəhəngi "Apple" şirkətinin mənfəəti 2017-ci ilin II rübündə, 2016-2017 ABŞ maliyyə ilinin isə III rübündə 12% artaraq 8,717 mlrd. dollara çatıb.
Rusiya mətbuatının məlumatına görə, bu barədə şirkətin rəhbəri Tim Cook məlumat verib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkətin gəliri isə hesabat dövründə 7% artaraq 45,408 mlrd. dollar təşkil edib. Son nəticədə, ABŞ-ın əsas fond birjası indeksi olan "Dow-Jones" ötən günü 0,33% artımla 21 964 bənddə tamamlayaraq tarixi rekord səviyyəyə yüksəlib. Həmçinin, "S&P 500" və NASDAQ indeksləri də tarixi rekord səviyyələrinə yaxın yerdə qərarlaşıb.
İlin əvvəlindən "Dow-Jones" indeksi 11,1%, "S&P 500" indeksi 10,6%, NASDAQ indeksi isə 18,2% artım nümayiş etdirib.