Amerikalı aktyor, müğənni və Hollivudun ən uğurlu komediyaçılarından biri olan Cerri Lyuis 91 yaşında Las-Veqasda vəfat edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, Lyuis ailəsinin bəyantında aktyorun evində təbii şəkildə vəfat etdiyi bildirilib.
ABŞ mediası isə aktyorun şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini və son bir neçə ildə xərçənglə mübarizə apardığını yazıb.
O, "Bu dəli, dəli, dəli, dəli dünya" (It's a Mad Mad Mad Mad World), "Dəli professor", "Arizona arzusu" və s. kimi filmlərdə çəkilib.
C.Lyuis aktyorluq karyerasından əlavə, rejissor, prodüser, ssenarist və bəstəkar kimi fəaliyyət göstərib.