Almaniyanın xarici işlər naziri: "Şimali Koreya konflikti nüvə müharibəsinə səbəb ola bilər"

Almaniyanın xarici işlər naziri: "Şimali Koreya konflikti nüvə müharibəsinə səbəb ola bilər"
14 Avqust 2017
Mətni dəyiş

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Şimali Koreya konflikti barədə açıqlama verib. "Ölkə.Az" xəbər verir ki, alman diplomat Şimali Koreya ətrafında baş verən konfliktin nüvə müharibəsinə səbəb olacağını düşündüyünü bildirib.

Jurnalistlərin sualını cavablandıran nazir deyib: "Nüvə müharibəsi istisna deyil. Adi silahların da istifadə edildiyi müharibə insan tələfatına səbəb olacaq".

Bundan başqa Qabriel Almaniyanın kansleri Angela Merkelin mövqeyini də tənqid edib. Angela Merkel Trampın NATO ölkələrinə silahlanmanın artırılması ilə bağlı tələblərini dəstəkləyir. Ziqmar qeyd edib ki, bundestaqa keçirilən seçkilər bu məsələdə həlledici olacaq: "Seçkilər Almaniyanın sülhsevər dövlət və ya Trampın silahlanma yarışını dəstəkləyən ölkə olacağını müəyyənləşdirəcək".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun