"Almaniya seçkilərdən sonra ya Türkiyə ilə yenidən gözəl işlər görmək yolunu axtarar, ya da 2019-cu il gözləyər"
"Haber7"-nin məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Recep Tayyip Erdoğan İordaniya səfərindən Ankaraya dönərkən jurnalistlərə bildirib.
Türkiyə prezidenti Almaniya ilə ölkəsi arasındakı mövcud böhrana toxunaraq deyib ki, bu qədər hücum edirlərsə, deməli, Erdoğanın komandası yaxşı işlər görür:
"Biz isə yaxşı işlər görərək, yaxşı nəticələr də alacağıq. Almaniya seçkilərə qədər bu şəkildə gedər. Seçkilərdən sonra ya Türkiyə ilə yenidən gözəl işlər görmək yolunu axtarar, ya da 2019-cu ili gözləyər".
Bu il sentyabrın 24-də Almaniyada parlament seçkiləri, 2019-cu ildə isə Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçiriləcək.