Polis Alkanarada yerləşən yaşayış məntəqəsindəki evdə baş vermiş partlayışdan sonra dağıntılar arasından daha bir cəsəd tapıb.
Abzas.net xəbər verir ki, bu barədə İspaniyanın hüquq-mühafizə orqanları məlumat yayıblar.
"Alkanarda evdə ikinci cəsəd tapılıb, ekspertiza aparılır", - deyə məlumatda bildirilir.
17 Avqust tarixində, Alkanarda baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.