ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramı məsələsinin həlli istiqamətində hərbi variantı istisna etmir.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.
“Prezident müxtəlif variantları nəzərdən keçirir. Eyni zamanda o açıq-aydın deyib ki, hərbi variant mümkündür. Şimali Koreyaya qarşı sərt sanksiyalar tətbiq edilib, ABŞ Pxenyanın nüvə proqramı ilə bağlı ciddi tədbirlər görməkdə davam edir.”, deyə S.Sanders bildirib.